Messi uduzduqdan sonra qumarxanada - FOTOLAR

22:32 23 Fevral 2015

"Barselona"nın futbolçuları Lionel Messi və Jerard Pike azarkeşləri hiddətləndirəcək hərəkət ediblər.

 

Sportarena.az xəbər verir ki, onlar İspaniya La Liqasının 24-cü turunda "Malaqa"ya uduzduqları (0:1) oyundan bir gün sonra-dünən Barselonadakı kazinolardan birinə gediblər.

Messi və Pike orada "Barselona"dan sabiq komanda yoldaşları olan, hazırda "Çelsi"də oynayan Sesk Fabreqasla görüşüblər və birgə əyləniblər.

Hər üç futbolçunun gecə saatlarında kazinonu tərk edərkən şəkilləri çəkilib.

İspaniya mətbuatı Messi və Pikenin məğlubiyyətdən sonra əylənməsini tənqid edib.

"Real"a yaxın qəzetlər  isə yazıb ki,  Messi və Pikenin bu hərəkəti "Atletiko"ya məğlubiyəttdən sonra ad gününü qeyd edən Kriştiano Ronaldo ilə müqayisədə daha az tənqid edilib.


Xəbər xətti