İtaliya Futbol Fedarisyası AFFA-nın yolunu gedir

00:02 24 Fevral 2015

İtaliya Futbol Federasiyası “Parma” klubunun builki ölkə çempionatı mövsümünü başa çatdıra bilməsi üçün ona 5 milyon avro məbləğində kredit ayırmağı planlaşdırır.

 

Sportaren.az xəbər verir ki, maliyyə problemləri ilə üzləşmiş “Parma” gələn bazar günü İtaliya çempionatı çərçivəsində “Udineze” komandasını qəbul edə bilməyəcək: “Parma”nın stadionda stüardlara və təhlükəsizlik əməkdaşlarına əməkhaqqı ödəmək üçün pulu yoxdur.

24-cü turun matçı qeyri-müəyyən müddətə təxirə salınıb. Bundan əlavə, “Parma” əməkhaqqı üzrə borclara görə cəza tədbiri kimi 5 xal cərimə edilə bilər.

KİV-lərdə yayılmış məlumata görə, “Parma” ilə bağlı sonrakı hadisələrin iki variantı mümkündür: ya “Parma” müvəqqəti olaraq kənar administrasiyanın tabeliyinə veriləcək, ya da bu klub ləğv ediləcək və onun bazasında yeni komanda yaradılacaq və həmin komanda növbəti mövsümdə həvəskarlar liqasında çıxış etməyə başlayacaq.

Xatırladaq ki, ölkə çempionatında 23 matçdan sonra “A” seriyasında axırıncı yeri tutan “Parma” turnir cədvəlində “xilas nöqtəsi” sayılan 17-ci yeri tutan ən yaxın rəqibindən 12 xal geri qalır.
 


Xəbər xətti