Aslan Kərimov "Bayer" klubunda: "Klaudi Ronyeri də mənimlə idi"

15:55 24 Fevral 2015

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aslan Kərimov Almaniyanın "Bayer" klubunda təcrübədə olub.

 

Bu barədə Sportarena.az saytına Aslan Kərimovun özü danışıb:

“Almaniyaya, “Bayer” klubuna Pro lisenziyası almaq üçün 2-ci sınağıma getmişdim. Bu lisenziyanı almaq üçün Avropanın “5-lik” ölkələrinin klublarının ən azı 2-sində təcrübə keçmlisən. “Bayer” klubunda məhşur mütəxəssis Klaudi Ronyeri də mənimlə idi. “Bayer” klubunun baş məşqçisi Rocer Şmidt öz göstərişlərini verirdi və çox aydın şəkildə fikirlərini izah edirdi. Mənim üçün yaxşı təcrübə oldu. Kompakt müdafiə və kompakt hücum haqqında yeniliklər öyrəndim”.  – deyə Kərimov bildirib.

 

Qeyd edək ki, daha əvvəl Pro katiqoriyalı lisenziyaya Azərbaycandan 12 məşqçi sahib çıxmışdı. Aslan Kərimov əgər mart və may aylarındakı imtahanları uğurla keçərsə 13-cü ola biləcək.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti