RƏSMİ: DÇ-2022 qışda baş tutacaq

18:18 24 Fevral 2015

Bir neçə gün əvvəl 2022-ci ildə Qətərda keçiriləcək dünya çempionatının noyabr-dekabr aylarında keçirilməsiylə bağlı FİFA-nın Qətər hökumətiylə razılığa gəldiyini xəbər vermişdik. Yekun qərarın isə martda keçiriləcək İcraiyyə Komitəsinin iclasında açıqlanacağı deyilirdi. Amma...

 

Sportaren.az xəbər verir ki, ali futbol qurumu mundialın noyabr-dekabr aylarında keçiriləcəyini rəsmən açıqlayıb.

 

Buna səbəb yayda Qətərdə həddindən artıq isti hava şəraitinin olmasıdır. 

6 ay davam edən danışıqlardan sonra 3-cü və son iclas Dohada baş tutub. İclasın sonunda FIFA qərarını verib. Beynəlxalq quruma daxil olan bütün 6 konfederasiya bu qərarı dəstəkləyib.

 

İndi bircə turnirin keçirilmə müddəti dəqiqləşməyib. “Qətər-2022”-nin işçi qrupu turnirin 26 noyabr – 23 dekabr tarixlərində keçirilməsini təklif edir. Bu təklif FİFA-nın İcraiyyə Komitəsinin martın 19-20-də Sürixdə keçiriləcək iclasında müzakirə olunacaq. Yekun qərar isə daha sonra açıqlanacaq.

 


Digər xəbərlər

Xəbər xətti