YALNIZ BİZDƏ: Kamran Ağayevi "Kayserispor"a kim məsləhət görüb ?

23:03 24 Fevral 2015

Bu gün İnterAz kanalında yayımlanan “Arena” verilişinin daha bir qonağı “Kayserispor” klubunun azərbaycanlı qapıçısı Kamran Ağayevin meneceri Asim Musayev olub.

 

Sportarena.az xəbər verir ki, Musayev verilişin gedişatında Kamran Ağayevin “Kayserispor”a getməsində Ceyhun Sultanovun böyük rolunun olduğunu vurğulayıb.

Daha sonra verilişin digər qonağı olan Ceyhun Sultanov da onun fikirlərinin doğruluğunu təsdiqləyib:

“Kamrana “Kayserispor” barədə danışdım. Oradakı şəraiti, klubun ona hansı üstünlüklər verdiyi haqqında məlumatlandırdım. Özüm də o klubdakı şəraitlə yaxından tanışam və inanıram ki, bu transfer Kamran üçün uğurlu olacaq”. – deyə Sultanov bildirib.


Xəbər xətti