"Azərbaycan millisi ilə müqayisədə biz daha yaxşı oynadıq"

10:56 25 Fevral 2015

"Şaxtyor" (Donetsk) klubunun müdafiəçisi Yaroslav Rakiçki Antalyada əsas millimizlə keçirdikləri yoxlama oyunu haqda danışıb.

 

 

Sportarena.az xəbər verir ki, ukraynalı futbolçu klubun rəsmi saytına açıqlamasında yığmamızla görüşdə layiqli qələbə qazandıqlarını bildirib:

 

"Azərbaycan millisi ilə müqayisədə biz daha yaxşı oynadıq və layiqli qələbə qazandıq. Ümumilikdə təlim-məşq toplanışını yaxşı keçirdik".

 

Qeyd edək ki, Antalyada "Şaxtyor"la yoxlama matçında qüvvəsini sınayan millimiz rəqibinə 1:2 hesabı ilə uduzub. 

 


Xəbər xətti