Kamran Ağayevi Arda Turanla müqayisə etdilər

13:20 25 Fevral 2015

Dünən İnterAz kanalında yayımlanan “Arena” verilişinin qonağı Türkiyənin “Kayserispor” klubunda çıxış edən həmyerlimiz Kamran Ağayevin meneceri Asim Musayev olub.

 

 

Sportarena.az xəbər verir ki, Musayev verilişin gedişatında bir sıra maraqlı məsələlərə toxunub. Onun meneceri olduğu Kamran Ağayevi “Atletiko Madrid”in Türkiyəli futbolçusu Arda Turanla müqayisə etməsi isə daha çox maraqa səbəb olub.

 

“Çoxları Kamranı tənqid edir ki, Türkiyəyə gedib ehtiyatda oturmaqdansa Azərbaycanda qalıb əsas heyyətdə oynamaq daha yaxşı olardı. Ancaq, siz “Atletiko”ya keçən Arda Turana baxın. O, 14 milyon avroya transfer olundu, bir müddət ehtiyatda qaldı, daha sonra isə əsas heyyətdə oynamağa başladı və indi də qiyməti 40 milyondan daha çoxdur, ən məşhur reklamalarda çəkilir, Türkiyə millisinin də ən aparıcı oyunçusuna çevrilib”. – deyə Musayev bildirib.


Digər xəbərlər

Xəbər xətti