Skarlatake və Sadıqlı hələ də hazır deyil

18:55 25 Fevral 2015

“Xəzər Lənkəran” klubu bu gün məşqləri ehtiyat meydanda keçirib.

 

 

Sportarena.az saytına klubdan verilən məlumata görə, həm ehtiyat, həm də əsas meydan qardan təmizlənib. Komandanın zədəsini sağaltmış müdafiəçiləri Rasim Ramaldanov və Tural Cəlilov da məşqlərə qoşulub. Lakin fərdi formada məşq edən Orxan Sadıqlı və Manuel Skarlatake “Bakı” ilə oyuna qədər hazır olmayacaqlar.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” qarşılaşması fevralın 28-i Lənkəran şəhər stadionunda oynanılacaq. 


Digər xəbərlər

Xəbər xətti