İspaniya futbolunda korupsiya faktı: Prezidentə 90 minlik cəza

19:35 25 Fevral 2015

İspaniya Peşəkar Futbol Liqasının (LFP) şikayəti əsasında La Liqada mübarizə aparan "Elçe"nin prezidentinə qarşı sərt sanksiya tətbiq olunacaq. 

 

 

Sportarena.az xəbər verir ki, məhkəmə klubun ötən mövsüm müəyyən edilən büdcəsində yeyintilərin olduğunu aşkarlayıb.

 

Bu səbəbdən prezident Xose Sepulkre Kovesin klubla bütün əlaqələrinə son verməsi tələb olunub. Bundan başqa, Kovesə 90 min avro nağd pul cəzası kəsilib.

 

Klub rəhbəri məhkəmənin qərarını qəbul etməyərək etiraz edəcəklərini bildirib.

 


Xəbər xətti