Eddi İsrafilovun komanda yoldaşlarına ağır cəza

22:31 25 Fevral 2015

İspaniya Futbol Federasiyası millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada”nın 2 futbolçusuna ağır cəza verib.

 

 

 

Sportarena.az xəbər verir ki, hücumçu Yussef Əl-Arabin və müdafiəçi İvan Ramis 4 oyunluq cəzalandırılıb.

 

Buna La Liqanın XXIV turu çərçivəsində səfərdə “Levante” ilə matçda qırmızı vərəqə almaları səbəb olub. 2:1 hesabı ilə uduzduqları qarşılaşmanın sonlarında Ramis idmançıya yaraşmayan hərəkətə görə meydandan qovulub.

 

Qeyd edək ki, “Qranada” 24 oyundan sonra 19 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.

 


Digər xəbərlər

Xəbər xətti