Sabiq Premyer Liqa futbolçusunun London meri arzusu

23:20 26 Fevral 2015

“Arsenal”ın sabiq müdafiəçisi Sol Kempbell London meri olamq istəyir.

 

 

Sportarena.az xəbər verir ki, 40 şaşlı veteran futbolçu 2016-cı ildə keçiriləcək seçkilərdə Mühafizəkarlar partiyası tərəfindən namizədliyini irəli sürmək niyyətindədi.

 

O, artıq bu barədə partiya lideri Qrant Şappsla görüş də keçirib. Lakin Kempbell hələ ki, qəti qərar qəbul etməyib.

 

Qeyd edək ki, futbolçu karyerasına London klubu “Tottenhem”də (1992-2001) başlayan Sol Kempbell “Arsenal” (2001-2006, 2010), “Portsmut” (2006-2009), “Notts Kaunti” (2009) və “Nyukasl”da (2010-2011) forma geyinib. O, 1996-2007-ci illər arasında İngiltərə millisinin heyətində də çıxış edib.


Xəbər xətti