Ağasəlim Mircavadov: "Xəzər Lənkəran"da gəncləşdirmə siyasəti olduğundan..."

17:06 27 Fevral 2015

Məşqçilər Komitəsinn üzvü Ağasəlim Mircavadov millinin son toplanışı, həmçinin Azərbaycan çempionatı haqqında sportarena.az saytına açıqlama verib:

 

Mircavadov, millinin toplanışı haqqında qəti fikir bildirməkdən yayınıb.

“İlk dəfə idi ki, 3 millimiz eyni yerdə toplanışda oldu. Məşqçilər Komitəsindən 3 nəfər millilərin bütün oyunlarını izlədik. Bilirsiniz ki, bu tolanış etiyat qüvvəni yoxlamaq üçün idi. Yeni taktika, yeni oyunçular gördük. Yeni məşqçinin hücumameyilli taktika seçməsini də vurğulamalıyam. Amma, bu hələ işin az hissəsidir. Çünki, xaricdə oynayan, həmçinin yerli çempionatdan xeyli oyunçu vardı ki, toplanışa gələ bilmədilər. Millinin optimal heyəti bir yerdə olandan sonra dəqiq nə isə demək olar”

 

Daha sonra Mircavadov çempionatın səviyyəsinin də endiyini bildirərək, “Çempionatın səviyyəsində enmə var. Son çempionatlarda sonuncu tura qədər gərgin mübarizə olurdu. Çempionluq uğrunda 6 komanda mübarizə aparırdı.  İndi isə “Bakı” məlum səbəblərə görə iddiasını itirib. “Xəzər Lənkəran”da gəncləşdirmə siyasəti olduğundan onlar da çempionluqdan əl çəkdi. Bütün bunlar çempionatın səviyyəsinin düşməsi ilə nəticələndi”. – deyib.

 

 

Rahim Şaliyev


Xəbər xətti