Hardan hara - "Roma", "Xəzər Lənkəran" və...

11:13 28 Fevral 2015

Azərbaycanın "Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Adrian Pit özünə yeni komanda tapıb.

 

 

Bu barədə Sportaren.az saytına rumıniyalı yarımmüdafiəçinin özü məlumat verib. 

 

Adrian Pit  ilk komandası UTA ilə müqavilə bağladığını açıqlayıb. Pit doğma şəhərinin klubuna qayıtmaqdan məmnun olduğunu bildirib. Amma, Arad şəhərini təmsil edən komanda heç də iddialı deyil,  Rumıniya çempionatının III Liqasında çıxış edir. 

 

Qeyd edək ki, Adrian Pit "Xəzər Lənkəran"a 2011-ci ildə transfer olunub. O, 2013-cü il iyulun 25-də "ağ-yaşıllar"ın İsrailin "Makkabi" (Hayfa) komandası ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə 0:8 hesablı məğlubiyyətdən sonra transferə çıxarılıb. Bundan sonra uzun müddət klubsuz qalan Pit 2014-cü ilin yayında Rumıniya "Vitorul"una keçib. 


Digər xəbərlər

Xəbər xətti