Kaxaber Sxadadze: "Heç nədən qol buraxdıq"

17:28 28 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIV turu “İnter” üçün uğurlu alındı. Paytaxt klubu “İnter Arena”da “Simurq”u 2-1 hesabı ilə üstələdi.

 

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze oyun haqqında fikirlərini bölüşüb.

“Bu oyunda üç xal qazanmaq çox vacib idi. "Simurq"a qarşı oynamaq çox çətindir. Rəqib qapanmağı bacaran bir komandadır. Buna baxmayaraq, qol vurmağı bacardıq və oyunun gedişini nəzarətdə saxlayırdıq. Son dəqiqələrdə konsentrasiyanı itirdik və heç nədən qol buraxdıq. Amma futbolçulardan məmnunam və onlara təşəkkür etmək istəyirəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Tez bir zamanda bərpa olunub, mübarizəni həm kubokda, həm çempionatda davam etdirməliyik".


Digər xəbərlər

Xəbər xətti