Roman Qriqorçuk: "Hakim səhvləri olmasaydı..."

19:48 28 Fevral 2015

Azərbycan Premyer Liqasının XXIV turunda “Qəbələ” “Qarabağ”ın qonağı oldu. Oyun qonaqların  1-0 hesablı qələbəsi ilə başa çatdı.  

 

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Roman Qriqorçuk oyun haqqında fikirlərini bildirib.

“Emosiyalarımız müsbətdir. Biz çox güclü bir komandanı məğlub etməyi bacardıq. Bəlkə, istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Amma istədiyimiz tərzdə oynadıq. Buna görə çox məmnunam. Komandamı təbrik edirəm. Öncəki turlarda hakim səhvləri olmasaydı, daha çox xal qazanardıq. Onlara daha yüksək səviyyəyə çatmağı arzulayıram”. 

 


Xəbər xətti