Ağabala Ramazanov: "Hakim yaxınlaşıb dedi ki..."

22:29 28 Fevral 2015

“Xəzər Lənkəran” – “Bakı” qarşılaşmasının son dəqiqələrində Ağabala Ramazanov müəmmalı şəkildə qırmızı vərəqə alaraq meydandan qovuldu.

 

Futbolçu Sportarena.az saytına açıqlamasında epizoda aydınlıq gətirib.

 

“Nə baş verdiyini özüm də anlamadım. Hakim yaxınlaşıb dedi ki, guya dirsəyimlə rəqib oyunçuya zərbə vurmuşam. Amma, belə bir şey olmamışdı. Oyunun vidyoyazısına da baxdım. Yan xətt hakimindən soruşmaq lazımdır ki, görəsən nəyə görə belə qərara gəlib”. – deyə Ramazanov bildirib.

 


Xəbər xətti