Xəqani Məmmədov yox desə də... - VİDEO

18:52 1 Mart 2015

Son günlərədə Azərbaycan Premier Liqasında hakimlərə qarşı iradlar artmaqdadır. Bu iradlar ara-sıra yaşansa da, hələ heç bir futbolçu hakim tərəfindən söyüldüyünü dilə gətirməmişdi. “Neftçi”nin futbolçularının söyülməsi ilə əlaqədar klubla hakimlər komitəsi arasına “söz atışması” da yaşanmışdı. Amma, bu heç də problemin həllinə kömək etmədi. Köhnə hamam, köhnə tas.

 

Sportarena.az hakimlər komitəsinin sədri Xəqani Məmmədovla əlaqə saxlayaraq oyun zamanı hakimlərin səslərinin qeydə alınıb-alınmaması ilə bağlı maraqlanıb. Hakimlər komitəsinin sədri isə, çox maraqlı şəkildə belə bir təcrübənin dünyada olmadığını saytımıza bildirib.

 

“Dünyada hələ elə bir texnalogiya yoxdur ki, hakim səslərini qeydə ala bilsin. Belə bir təşəbbüs FİFA tərəfindən olub, amma, texniki imkanlar olmadığından baş tutmayıb. Bizdə də hakimlərin səsləri qeydə alınmır. Nə vaxt texnalogiya buna imkan versə bunu edəcəyik”. – deyə Xəqani Məmmədov açıqlayıb.

 

Görünür Məmmədov dünya futbolunda, texnalogiyalarda baş verən inqilabdan xəbərsizdir. Hakimlərin səslərinin qeydə alınması bir-çox tanınmış çempionatların təcrübəsində var. Lakin, bu danışıq qeydləri çox zaman ictimaiyyətə təqdim olunmur, yalnız qapalı şəkildə hakimlərin işinin qiymətləndirilməsi üçün müəyyən edilmiş ekspertlər tərəfindən dinlənilir.

 

Bu yazılar hətta bir-neçə dəfə ictimaitə açıqlanıb da. Aşağıda göstərilən videoyazıda Yunanıstan – İsveç matçında hakim danışıqlarının qeydi göstərilib. Xəqani Məmmədov yox desə də...

 

Rahim Şaliyev


Xəbər xətti