Ronaldodan növbəti rekord

12:36 2 Mart 2015

"Real"ın futbolçusu Kriştiano Ronaldo bir ilkə imza atıb.
 

 


Sportarena.az xəbər verir ki, bu, İspaniya La Liqasının 25-ci turunda "Vilyareal"a qarşı matçda (1:1) baş verib.

Sözügedən oyunda fərqlənən K.Ronaldo bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 30-a yüksəldib. Bununla da o, Avropanın əsas liqalarında ard-arda beş mövsümdə 30 və daha çox qol vuran ilk futbolçu olub.

 


Digər xəbərlər

Xəbər xətti