Məhərrəmov sabiq "Xəzər Lənkəran"lıya qarşı

14:43 2 Mart 2015

Türkiyə PTT 1-ci Liqasında 22-ci turun sonuncu oyunu keçiriləcək. 

 

 

 

Sportarena.az xəbər verir ki, Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor" da növbəti matçına çıxacaq. 

 

Komanda doğma azarkeşlər önündə "Xəzər Lənkəran"ın sabiq futbolçusu Mbilla Etamenin şərəfini qoruduğu "Samsunspor"la qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, "Adanaspor" turnir cədvəlində 25 xalla 14-cü pillədə qərarlaşıb.

 


Xəbər xətti