"Palermo"nun oyunçusu: "Robert Prosineçki kumirimdi"

17:05 2 Mart 2015

“Palermo”nun yarımmüdafiəçisi Mato Yayalo İtaliya mətbuatına açıqlama verib. “Riyeka”dan “Palermo”ya yeni keçən oyunçu debüt matçına çıxıb. .  

 

 

 

Sportarena.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında Robert Prosineçki haqda da danışıb. 26 yaşlı  futbolçu millimizin çalışdırıcısının özü üçün kumir hesab etdiyini bildirib: “Mən komandaya böyük ümidlərlə gəlmişəm. İndi elə oldu ki, komandada zədəlilər oldu və baş məşqçi Cüzeppe Yaççini mənə şans verdi. Qismətdən mən də oyuna çıxdım. Buna görə şadam”.

 

“Mən Xorvatiya futbolunun yetirməsiyəm. Təbii ki, kumirlərim var. Mənim kumirim də Robert Prosineçki və Luka Modriçdi. Mən onlara baxaraq futbolun sirrlərini öyrənmişəm”. Yayalo karyerası ərzində “Slaven”, “Syena”, “Köln”, “Sarayevo” klublarının formasını geyinib. O, Xorvatiya millisinin də üzvüdü. İndiyə kimi bir oyunda meydana çıxıb.

 


Digər xəbərlər

Xəbər xətti