"Hər bir futbolçu bu pulu alır" - AÇIQLAMA

19:25 2 Mart 2015

1-ci Dvizionda çıxış edən “Şuşa” klubunun futbolçularına 3 aydır maaş ödəmədiyi haqqında xəbərlər yayılmışdı.

 

 

Məsələ ilə bağlı klubun baş məşqçisi Nadir Qasımov sportarena.az saytına açıqlama verib.

 

“Futbolçulara hər ayın 3-ü maaşlar verilir və bizdə belə bir problem yoxdur. Özüm də şahidiyəm ki, hər bir futbolçu bu pulu alır. Bütün bunlar yalan xəbərdi. Klubda belə bir problem yoxdur”. – deyə Qasımov bildirib.


Digər xəbərlər

Xəbər xətti