Qvardiola qəzaya düşdü

19:04 3 Mart 2015

Almaniyanın "Bavariya" futbol komandasının baş məşqçisi Xosep Qvardiola yol-nəqliyyat qəzasına uğrayıb. 

 

 

Sportarena.az "Mirror"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis yüngül qəzadan zədəsiz ötüşə bilib. 

Qvardiolanın avtomobili əyləci tutmayıb və nəticədə digər maşınla toqquşub. Həmin avtomobilin də sürücüsü xəsarət almayıb. 

Qeyd edək ki, "Bavariya" növbəti oyununu martın 4-də keçirəcək. Həmin gün münhenlilər Almaniya Kubokunun 1/4 finalında Braunşveyq "Ayntraxt"ı ilə üz-üzə gələcəklər. 

 


Digər xəbərlər

Xəbər xətti