ŞOK: AFFA-dan 5000 manat qanunsuz pul yayındıran "Rəvan" rəsmisinin kimliyi məlum oldu

23:25 3 Mart 2015

Bu gün “Rəvan” klubunda toplantı keçirildiyini və 6 nəfərin işdən kənarlaşdırıldığı haqqında yazmışdıq. Saytımızda daha öncə bu hadisələrin baş verə biləcəyi haqqında xəbər də verilmişdi. Buna səbəb, kluba AFFA-dan gələn maliyyə yardımların birtərəfli olaraq kəsilməsidir. Maliyyə yardımlarının kəsilməsi işçilərin bir qisminin göndərilməsi ilə yanaşı, digər qisminin də maaşının azaldılması ilə nəticələnəcək.

 

Sportarena.az saytına klubdakı etibarlı mənbələrdən daxil olan məlumata görə, belə bir vəziyyətin yaranması birbaşa olaraq klub akademiyasının direktoru Bəhmən Həsənov və vitse-prezident İlqar Axundov tərəfindən yönəldilir. Həsənov daha əvvəl AFFA-dan uşaqlara formalar üçün ayrılmış pulları mənimsəyib. AFFA-nın baş katibi Elxan Məmmədovun məlum açıqlamasından və formalar üçün ayrılan pulların hara yoxa çıxmasına izah tələb etməsindən sonra, komanda üçün qara bazardan ucuz formalar alınsa da, bu onların öz ayıblarını örtməsinə yardım etməyib. Həmçinin, klubdakı uşaqlar üçün alınan formalar anbardar Xəqani Kələşov tərəfindən mənimsənilib. Kələşov, bu formaları yaxın tanışlarına paylamaqla özünə “hörmət” qazanmağa çalışıb. Klubdakı işçilər bu özbaşınalıqlardan rəhbərliyə dəfələrlə şikayət etsələr də, onların çağırışları cavabsız qalıb.

“Rəvan”da bu cür özbaşınalığın yaranması isə birbaşa olaraq vitse-prezident İlqar Axundovun səriştəsizliyi üzündən baş verir. Belə ki, futboldan və idarəçilikdən anlayışı olmayan Axundov Bəhmən Həsənovun əlində “oyuncaq”a çevrilib. Həsənov, onu istədiyi kimi idarə edir və yönəldir.

 

Bəhmən Həsənov formalardan gələn gəlirləri mənimsəməklə yanaşı, həm də digər “çirkli pullar”ın dövriyyəsində iştirak edir. Dəfələrlə birbaşa Bəhmən Həsənovun əli ilə saxta oyunlar, saxta pratakollar hazırlanıb və AFFA-ya göndərilərək onlardan bu oyunlar üçün maliyyə yardımı ayrılması istənilib. Belə ki, yalnız kağız üzərində olan, əslində isə oynanılmayan oyunların pratakolları AFFA-ya göndərilmiş, AFFA isə bu pratakollara aldanaraq 14 keçirilməmiş və sənədləri saxtalaşdırılmış oyunun olmayan stadion icarəsi, hakim və digər təşkilatçılıq işləri üçün pullar ayırıb. Bu pullar isə Bəhmən Həsənovun cibinə axıb.  Bəhmən Həsənov tək “pratakol” fırıldağı ilə AFFA-dan təxminən1800 manat dəyərində pul əldə edib. Həsənovun “forma” fırıldağından gələn gəlirləri isə 2000 manatdan daha çox dəyərdə ölçülür. Təbii ki, onun bu işdə şərikləri olmuş və pullar tək özünə yox, şəriklərinə də çatmışdır.

 

Bəhmənovun digər fırıldağı isə “Rəvan” klubuna aidiyyatı olmayan veteran futbolçu Kazbek Tuayev ilə “iş biriliyi”nə girişməsidir. Belə ki, Həsənov “Rəvan”ın artıq “batmağ”a doğru getdiyini anlayaraq klubda oynayan imkanlı ailələrin uşaqlarını Kazbek Tuayevin yaratdığı uşaq məktəbinə yönəldir.  Həsənov, bu fırıldaqla da ölçülə bilməyəcək məbləğdə qanunsuz pul qazanır.

 

Bəlkə də sizə gülməli gələcək, amma, Həsənovun pul fırıldaqları bitmir. Həsənov, “Rəvan”a işçi kimi düzəltdiyi şəxslərdən də öz “haqqı”nı alır. Saytımıza onun klub akademiyasının administratoru Elvin Ələsgərlidən belə bir “haqq” aldığı dəqiq olaraq məlumdur. Digər işçilərdən də belə bir pulun alınması inandırıcıdır.

 

 

Qısası, artıq “Rəvan” klubunu dağıtmaqda,AFFA və klubdan pul yayındırmaqda peşəkarlaşmış Bəhmən Həsənovun yayındırdığı pullar təxmini olaraq 5000 manat civarındadır. İnanırıq ki, aidiyyatı orqanlar və AFFA rəsmiləri bu məsləyə daha ciddi yanaşacaq və açıq-aydın bu işləri görən insanları cəzalandıracaqlar.


Digər xəbərlər

Xəbər xətti