"Barselona"nın futbolçusu polisi təhqir etdiyi üçün cəzalandırılıb

11:22 4 Mart 2015

İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike polis əməkdaşını təhqir etdiyi üçün cəzalandırılıb.

 

Sportarena.az "Marca"ya istinadən xəbər verir ki, Barselona məhkəməsi futbolçunu 10 500 avro cərimələyib.

Ötən ilin oktyabrında gecə klubundan çıxan Pikeyə avtomobili icazə olmayan yerdə saxladığı üçün polis tərəfindən cərimə yazılıb. Futbolçu isə buna etiraz edərək "bu cəriməni sənin atana ödətdirəcəyəm" deyib. Məhkəmə futbolçunun yüksək gəlirli olduğunu nəzərə alaraq, onu sözügedən məbləğdə cəzalandırıb.

Qeyd edək ki, Jerar Pike vəkili vasitəsilə məhkəməyə məktub göndərərək günahkar olduğunu etiraf edib.

 


Digər xəbərlər

Xəbər xətti