Tarasov "Simurq"dan danışdı: "Çox dözə bilmədim"

14:41 4 Mart 2015

"Simurq"un sabiq yarımmüdafiəçisi İqor Tarasov Azərbaycanı tərk etməsinin səbəblərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:

"Zaqatalada mən sanki 30 il geri düşdüm. Heç də yaxşı və təhlükəsiz şəhər deyildi. Şərait də yaxşı deyildi. Mənim səbrimi daşıran isə zəlzələ oldu. Ailəmizlə birgə evdə yatmışdıq, birdən hər şey tərpənməyə, dağılmağa, yerə düşməyə başladı. Zaqatalada yaşamaq mənim üçün heç də komfortlu deyildi. Xüsusilə də yoldaşımla uşağımı tək qoyanda. Xoşbəxtlikdən biz Anatoli Doroşun ailəsi ilə dostluq əlaqələri yarada bildik. Amma çox dözə bilmədim və klub rəhbərliyinə hər şeyə görə təşəkkürümü bildirib, məni buraxmalarını xahiş etdim. Onlar da mənim istəyimi anlayışla qəbul etdilər".

 


Digər xəbərlər

Xəbər xətti