"Neftçi"də üzlər gülür: Nfor və Mehdiyev qayıtdı

15:31 4 Mart 2015

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində bu gün AZAL-ı qəbul edəcək “Neftçi” qarşılaşmaya 2 itki ilə çıxacaq.

 

 

Sportarena.az xəbər verir ki, cəzalı Kaue da Silva ilə yanaşı, Elşən Abdullayev də bugünkü oyunu buraxacaq.

 

Gənc yarımmüdafiəçi artıq xeyli müddətdi zədədən əziyyət çəkir. O, AZAL-la görüşdə də iştirak etməyəcək. Zədə ucbatından “Sumqayıt”la son çempionat matçını buraxan Emin Mehdiyevlə Ernest Nfor isə tam sağalıb. Onlar bu gün məşqçilər korpusunun ixtiyarında olacaq.

 

Qeyd edək ki, “Neftçi” – AZAL oyunu saat 17:00-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti