Elxan Məmmədov: "Belə bir futbol komandasının Azərbaycanda olması çox sevindirici haldır"

11:43 6 Mart 2015

Xəbər verdiyimiz kimi, hal-hazırda "Park İnn” otelində AFFA-nın XXII Hesabat Konfransı keçirilir.

 

 

Sportarena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov ötən il milli komandanın FİFA reytinqində geriləməsini təəssüflə qeyd edib: “Amma buna baxmayaraq aşağı yaş qrupları üzrə millilərimizin qazandığı uğurlar da danılmazdı. Gənclərdən danışarkən "Mançester Yunayted" məktəbinin fəaliyyətə başlamasından danışmaq istəyirəm. Həmin komandadan dəvət olunan məşqçilər tərəfindən 35 uşaq seçilib və onlarla məşğul olurlar. Belə bir futbol komandasının Azərbaycanda olması çox sevindirici haldır. U-10 liqasında 1053 uşaq ilə 113 məşqçi çalışır. "Neftçi"dən sonra "Qarabağ" da Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu ölkə futbolundakı stabilliyi göstərir. "Qarabağ" məğlub olsa da, onlar alqışa layiq idi. AVRO-2020-nin 4 oyunu Bakıda keçiriləcək. Bizim məqsədimiz həmin turnirdə Azərbaycan millisinin də iştirak etməsidir”.


Digər xəbərlər

Xəbər xətti