Futbol mafiyasının son zərbəsi: "Şəmkir" stadionunu sökməyə başladılar FOTOLAR

12:04 7 Mart 2015

"Şəmkir"də stadion sökülür. 

 

 

 

Sportarena.az xəbər verir ki, "Yeni Musavat" bununla bağlı araşdırma aparıb. “Lamiyə işi”ndə əsas fiqurant, Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun stadionunu sökürlər. Vaxtilə “Aşıq  Teymur” sovxozuna məxsus olan stadiona A.Aslanov Şəmkirin icra başçısı olarkən sahib çıxıb.

 

1 həftə əvvəl isə stadionun söküntüsünə başlanıb, əraziyə ağır texnikalar gətirilib. Şəmkirdə olarkən stadiona da baş çəkdik. Ərazidə söküntü işlərinin aparıldığına şahid olduq. Sakinlər deyir ki. stadion 2000-ci illərdən bağlı qalıb. 15 il müddətində stadionun bağlı qalması da A.Aslanovun orada futbol və digər oyunların keçirilməsinə icazə verməməsi olıb. Şəmkirdə yayılan söhbətlərə görə, bir müddət əvvəl A.Aslanovu rayona dəvət edib, stadionu dövlətə satmasını təklif ediblər.

 

Sabiq nazir müavini ona təklif olunan məbləğlə razılaşmayıb. Sakinlər A.Aslanova 3 milyon manat təklif edildiyini, o isə daha artıq istədiyini deyiblər. A.Aslanovun tələb etdiyi məbləğ veriləndən 3-5 dəfə çox olub – 10-15 milyon manat. Bununla da A.Aslanovla sövdələşmə bitib. Sökülən stadionda vaxtilə bütün respublikaya səs salan “Şəmkir”in əsas məşq yeri olub. 3 il ardıcıl ölkə çempionu olan futbol klubu sonradan stadiondan qovulub. Şəmkirdə danışırlar ki, komandanın stadiondan qovulması klubun prezidenti, “Saşa” kimi tanınan Şahbaz Süleymanovla Aslan Aslanovun münasibətlərinin korlanmasından sonraya təsadüf edib. 

 

“Şəmkir” növbəti qələbədən sonra yarım milyon mükafatı qazanıb. Həmin vaxt A.Aslanov Ş.Süleymanovu yanına dəvət edib və ondan mükafatın 80 faizinin ona verilməsini istəyib. Bu zəmində yaranan mübahisə A.Aslanovun komandanı stadiondan qovdurması ilə nəticələnib. Sakinlər deyir ki, stadion faktiki A.Aslanovun olsa da, adamlarının adına sənədləşdirilib. Onu da öyrəndik ki, sökülən stadionun yerində istirahət parkı salınacaq. Stadion isə digər məkanda inşa edilərək “Şəmkir”in sərəncamına veriləcək. 

 


Digər xəbərlər

Xəbər xətti