Robben 100-ə çatdı

00:39 8 Mart 2015

Almaniya Bundesliqasının 24-cü turunda "Hannover 96" klubunun məğlub edən "Bayer Munhen" hazırda ən yaxın izləyicisini 11 xal qabaqlayır. Bu oyun Aryen Robben üçün də əlamətdar olub. 

 

Sportarena.az xəbər  verir ki, holland futbolçu Münhen təmsilçisinin heyətində yubiley - 100-cü qələbəsinə sevinib. Bunun üçün Robbenə 126 oyun kifayət edib. Bu göstəriciyə görə 31 yaşlı yarımmüdafiəçi "Bayer”in heyətində 1-ci olub. Belə ki, əvvəlki nəticələrin sahibi Müller və Villi Sanyol 148 oyuna 100 qələbə həddinə çatmışdı.

Robben 2009-cu ildən "Bayer"in şərəfini qoruyur. Cari mövsümdə "Bavariya"da 19 oyuna çıxan futbolçu 17 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

 


Digər xəbərlər

Xəbər xətti