"Qəbələ" və AZAL öz meydanında, "İnter" səfərdə qələbə qazandı

19:52 8 Mart 2015

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.

 

 

Sportarena.az xəbər verir ki, “Neftçi” öz meydanında “İnter”i qəbul edəcək. Bu oyun, hər iki komandanın cuzi görünən çempionluq şanslarını dəyərləndirmək üçün vacib oyun olacaq.

 

AZAL öz meydanında autsayder “Bakı”nı qəbul edəcək ki, bu oyunda “təyyarəçilər”in qələbə qazanacağına bəlkə də, ən nikbin “Bakı” azarkeşi də şübhə etməz.

 

Turnir cədvəlinin son pillələrində qərarlaşan “Sumqayıt” kubok oyununda uğursuzluq yaşayan “Qəbələ”nin qonoğı olacaq. Qarşılaşmanın gərgin keçəcəyini söyləmək olar. “Qəbələ” üçün bu oyun həm də Avroliqalara vəsiqə üçün son şanslardandır.

 

 

Azərbaycan Premyer Liqası

XXV tur

8 mart (bazar)

15:00. “Neftçi” – “İnter” 0:2 

Qol: Migel Alvaro, 48; Elvin Məmmədov, 88

İlk 2 oyun: 0:0, 1:2

Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Namiq Hüseynov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov 

AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu


16:00. AZAL – “Bakı” 2:0 

Qol: Aydın Qasımov, 78; Nicat Qurbanov, 90+1

İlk 2 oyun: 0:1, 3:1

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Vüsal Qənbərov, Orxan Məmmədov 

AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
AZAL Arena

 

 

18:00. “Qəbələ” – “Sumqayıt” 2:0 

Qol: Viktor Mendi, 22, 34
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev 

İlk 2 oyun: 3:1, 1:1

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu

 


Digər xəbərlər

Xəbər xətti