Bir vaxtların bombardiri - Fərid Quliyev

12:08 8 Mart 2015

Dünən yekunlaşan 1-ci divizionun 18-ci turu çərçivəsind keçirilən “Energetik” – “Şuşa Qarabağ” (0:3) oyununda 80-ci dəqiqədə qonaqların heyətində fərqlənən Fərid Quliyev sosial şəbəkələrdə müzakirə mövzusu olub.

 

Bir vaxtlar Azərbaycan və Türkiyə klublarının transfer hədəfində olan Azərbaycan çempionatının  2009/10 mövsümünün bombardiri (16 qolla) Fərid Quliyev necə oldu ki 1-ci divizionun ortalarında qərarlaşan bir kluba keçdi? Həqiqətən də maraqlıdır.

Qısa məlumat üçün bildirək ki, Fərdi Quliyev “Satandart Bakı”ın heyyətində vurduğu qollarla gündəmə gəldikdən sonra “Neftçi”nin heyyətinə cəlb olunmuş, lakin, ona bəslənən ümüdləri qoğrultmayaraq çıxdığı 26 oyunda cəmi 3 qol vurmuşdu. Böyükağa Hacıyevin güvəndiyi futbolçulardan olsa da və həmin vaxtlarda Türkiyə klublarının transfer hədəfinə düşsə də, futbolçu 2012-ci ildə “Sumqayıt” klubuna transfer olunur və ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilən Quliyevin enişi buradan başlayır.

 

Qeyd edək ki, Quliyev Azərbaycan yığma komandasında 7 oyun keçirtmiş və cəmi bir dəfə qol vura bilmişdir.


Xəbər xətti