Elvin Mirzəzadə: "Heç kim deyə bilməz ki, "Qarabağ" qalib gələcək" - MÜSAHİBƏ

12:56 8 Mart 2015

"Xəzər Lənkəran"ın gənc mərkəz müdafiəçisi Elvin Mirzəyevin müsahibəsi

 

 

 

- Bu gün "Qarabağ"la üz-üzə gələcəksiz. Bu matçdan qalib ayrıla biləcəksiniz? 

- Hamımız meydana qələbə üçün çıxacağıq. Fikrimiz bu oyundan 3 xalla ayrılmaqdı. Biz komanda şəklində oynayıb qalib gəlməliyik. 

- "Qarabağ" kimi komanda ilə matçda 3 xala ümid edirsiz? 

- Düzdü, çox çətin olacaq. Amma futbolda bilmək olmaz nə olacaq. Gözlənilməz hadisələrlə qarşılaşmaq həmişə mümkündür. Heç kim əminliklə deyə bilməz ki, rəqib qalib gələcək. İnanıram ki, biz gözəl oyunla qələbə qazanacağıq. 

- Deməli "Xəzər Lənkəran" gözlənilməz bir şeyə ümid edəcək? 

- Deməzdim ki, təkcə gözlənilməzə ümid edəcəyik. Çalışmalıyıq belə güclü rəqibə qarşı yaxşı oyun göstərək və nəticə də qazanaq. Sonuncu dəqiqəyə qədər vuruşacağıq.

- Sən də gənc futbolçulardan birisən. Komandanın oyunundan razısan?

- Hələ ki, gözlədiyimiz nəticələri qazana bilmirik. Bunun üçün çox çalışsaq da, təcrübə çatmır. Amma deməzdim ki, biz çempionatda ən zəif komandayıq. Çünki gücümüz var.

- AFFA-nın hesabat konfransında iki komandanın çempionatı tərk edəcəyi bildirildi. "Araz Naxçıvan" artıq gedib. Sonuncu pillələrdə olan komandalardan biri də aşağı liqaya yuvarlanacaq.  Sizin üçün belə bir təhlükə olmasından narahat deyiləsiz?

- İnanıram ki, belə bir təhlükə bizim komandaya yaxın gəlməz. Əlimizdən gələni etməliyik ki, "Xəzər Lənkəran" pis hadisələrlə üzləşməz. 

- Kubokda nəticəyə ümid edirdiz.  Amma "İnter" ə 0:2 hesabı ilə uduzduz...

- Biz "İnter"ə qarşı zəif oynamadıq. Əksinə onlardan üstün futbol göstərdik.  Sadəcə əlimizə düşən fürsətləri boşa verdik. Qol imkanlarından yararlansaydıq, indi 0:2 hesabı ilə uduzmuş halda deyildik. Bu son demək deyil. Qarşıda cavab oyunu var. Doğma azarkeşlərimiz önündə qalib gələcəyik. 

- Səncə, "İnter" kimi müdafiədən oynayan komanda ilə qarşılaşmada nəticəni dəyişə biləcəksiz?

- Çətindir. Amma mümkünsüz deyil.

 

Mənbə: Qafqazinfo.az


Digər xəbərlər

Xəbər xətti