Toğrul Əsgərovdan növbəti uğursuz çıxış

14:10 8 Mart 2015

Olimpiya çempionu ermənini uddu, rusa uduzdu.

Minskdə Aleksandr Medved mükafatı uğrunda Qran Prinin 45-ci beynəlxalq turniri başa çatıb.

 

 

Sportarena.az xəbər verir ki, yarışların ikinci günündə 70 kiloqrama qədər kateqoriyada çıxış edən olimpiya çempionu Toğrul Əsgərov  xalıya çıxıb. Amerikalı Sayler Sanderson və erməni əsilli ukraynalı Rüstəm Cəfəryana qalib gələn Toğrul dörddə bir finalda Rusiyadan olan İldus Qiniyatullinə uduzub və çıxışını başa vurub. 

Şənbə günü çıxış etmiş digər beş azərbaycanlı güləşçi də medallar qazana bilməyib. 

Xatırladaq ki, cümə günü 97 kiloqrama qədər kateqoriyada Azərbaycan finalı olub. Finalda Olimpiya mükafatçısı Xetaq Qazyumov Olimpiya çempionu Şərif Şərifova qalib gəlib. 

 


Xəbər xətti