Emil Balayevsiz "Ayntraxt" məğlub oldu

00:09 9 Mart 2015

Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Köln"lə qarşılaşıb. Oyun Frankfurt klubunun 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Balayevin komandası hazırda 31 xalla 9-cu pillədə qərarlaşıb.


Xəbər xətti