Reynaldo bərpa məşqlərinə başladı

12:11 12 Mart 2015

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində sabah “Bakı” ilə cavab matçına çıxacaq “Qarabağ” son hazırlıqlarını görür.

 

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin zədəli futbolçusu Reynaldo da artıq məşqlərdə iştirak edir.

 

Dünəndən fərdi hazırlığa başlayan braziliyalı forvard “Bakı” ilə qarşılaşmadan sonrakı ilk məşqdə kollektivə qoşulacaq. Lakin Ağdam klubunun qolçusunun martın 18-də Premyer Liqanın XXVI turu çərçivəsində “Sumqayıt”la görüşdə iştirakı sual altındadı.

 

Qeyd edək ki, Reynaldo “Bakı” ilə keçirilən ölkə kubokunun ilk matçında zədələnib.

 


Digər xəbərlər

Xəbər xətti