“Simurq” hazırlıqları tamamladı

23:22 12 Mart 2015

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Simurq" doğma arenada "Qəbələ"ni qonaq edəcək.

 

 

Sportarena.az xəbər verir ki, ilk görüşdə səfərdə rəqibini 3:0 hesabı ilə məğlub etməyi bacaran komanda bu gün hazırlıqları tamamlayıb.

 

Qarşılaşmanın keçiriləcəyi vaxtda son məşqinə çıxan Zaqatala təmsilçisi bir saata yaxın davam edən çalışmaya isinmə hərəkətləri ilə başlayıb. Daha sonra qısa ötürmələr və qruplara bölünərək "kvadrat" oynanılıb. İkitərəfli oyundan sonra qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. Bundan sonra hazırlıqları tamamlayan "Simurq" istirahətə çəkilərək, görüşün başlama vaxtını gözləməyə başlayıb.

 

Matça tam heyətlə hazırlaşan "sarı-qaralar"da uzun müddətdir zədədən əziyyət çəkən Əli Gökdəmir artıq komanda ilə birgə məşqlərə qoşulub. "Qəbələ" ilə cavab qarşılaşmasında yalnız sarı vərəqə limitini dolduran Samir Zərgərov iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, sabah saat 17:00-da start götürəcək qarşılaşmanı Ramil Diniyev idarə edəcək. Oyun "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.

 


Digər xəbərlər

Xəbər xətti