“Xəzər Lənkəran” “İnter”lə oyuna hazırdı

23:24 12 Mart 2015

“Xəzər Lənkəran” ölkə kubokunun 1/4 final mərhləsinin cavab oyununda sabah “İnter”i qəbul edəcək.

 

 

 Sportarena.az xəbər verir ki, hər iki komanda bu gün oyunöncəsi son məşqlərini keçiriblər.

 

“İnter”lə cavab oyununa xüsusi motivasiya ilə hazırlaşan Cənub klubunda daha çox gənclər seçiliblər. Belə ki, gənc futbolçular sabahkı görüşə həmişəkindən fərqli, tam qələbə ruhunda kökləniblər.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyunu martın 13-də “Fırtınalar meydanı”nda keçiriləcək. Saat 17:00-da start götürəcək qarşılaşma “Xəzər Lənkəran”Tv vasitəsi ilə canlı yayımlanacaq.

 


Digər xəbərlər

Xəbər xətti