Kaxaber Sxadadze: "Çox yaxşı qolllar vurduq"

19:13 13 Mart 2015

Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “İnter” oyunu qonaqların 3-0 hesablı qələbəsi ilə başa çatdı və “İnter” adını yarımfinala yazdırdı. 

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Sxadadze oyunla bağlı fikirlərini açıqlayıb:

“Komandamı təbrik edirəm. Bizim əsas məqsədimiz mərhələ adlamaq idi. Bunu bacardıq və şadıq. Oyuna gəldikdə, biz bu gün yaxşı mübarizə apardıq, çox yaxşı qolllar vurduq. Düşünürəm ki, yaxşı futbol sərgilədik”. 
 


Digər xəbərlər

Xəbər xətti