Georgi Çixradze: "Növbəti görüşünə hazırlaşmalıyıq"

19:46 13 Mart 2015

Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Simurq” – “Qəbələ” oyununda qapılara qol vurulmadı. Buna baxmayaraq, “Simurq” iki oyunun nəticəsinə görə növbəti mərhələyə adladı.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Georgi Çixradze oyun barədə fikirlərini bölüşüb:

“Növbəti mərhələyə adlamaq vacib idi. Biz ilk oyunda uğurlu futbol sərgiləmişdik, qələbə qazanmışdıq. Amma buna baxmayaraq, arxayınlaşmamışdıq. Meydançaya çıxıb, öz oyunumuzu sərgilədik. Artıq kuboku unutmalı və çempionatın növbəti görüşünə hazırlaşmalıyıq”. 

 


Digər xəbərlər

Xəbər xətti