Almanlar Yoahim Lövlə müqaviləni yenilədi

23:12 13 Mart 2015

Almaniya millisinin baş məşqçisi Yoahim Löv minimum 2018-ci ilə kimi postunda qalacaq.

 

Sportarena.az xəbər verir ki, ölkənin Futbol İttifaqı təcrübəli mütəxəsislə əməkdaşlığı davam etdirmək ətrafında danışıqları uğurla yekunlaşdırıb. Lövün əvvəlki müqaviləsi AVRO-2106-dan sonra başa çatırdı. Qeyd edək ki, 2006-cı ildən Bundestimin sükanı arxasında olan məşqçi dünya çempionatının bürünc və qızıl medallarına sahib olub. Milli eyni zamanda Avropa çempionatında 2 və 3-cü yerləri tutub.


Digər xəbərlər

Xəbər xətti