Latviyadan darmadağın, millimizin növbəti rəqibi zirvədə

10:10 14 Mart 2015

Kiprdə keçirilən qadınlar arasında “Afrodita kuboku”nda II tura yekun vurulub.

 

 

Sportarena.az xəbər verir ki, B qrupunda çıxış edən 21 yaşadək qızlardan ibarət Azərbaycan millisinin rəqibləri turun son matçında üz-üzə gəlib.

 

Bu oyunda meydan sahibləri Malta yığmasını 2:1 hesabı ilə məğlub edib. 6 xalla liderliyə yüksələn Kipr son turda millimizlə üz-üzə gələcək. Maltaya 1:2 hesabı ilə uduzub, Bəhreyni 4 cavabsız qolla keçən 2 top fərqilə qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq 1-ci olacaq. A qrupunda isə Latviya yığması Livanı 6 cavabsız qolla darmadağın edib.

 


Digər xəbərlər

Xəbər xətti