"Simurq" tarixi uğura imza atdı

12:21 14 Mart 2015

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ" ilə qolsuz heç-heçə edən "Simurq" tarixi nəticəyə imza atıb. 


Sportarena.az  xəbər verir ki, iki oyununun nəticəsinə əsasən, mərhələ adlayan Zaqatala təmsilçisi tarixində ilk dəfə yarımfinala çıxıb.
 
"Simurq"un bu mərhələdəki rəqibi isə son ölkə çempionu "Qarabağ" olacaq. Yarımfinal qarşılaşmaları aprelin 13-də və 21-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti