Cəmşid Məhərrəmov oynadı, komandası məğlub oldu - VİDEO

20:08 14 Mart 2015

Türkiyə PTT Liqasında 24-cü turun oyunlarına start verilib.

 

 

Sportarena.az xəbər verir ki, Cəmşid Məhərrəmovun formasını geyindiyi “Adanaspor” doğma meydanda “Bucaspor”la qarşılaşıb.

 

PTT-ni tərk etmək təhlükəsi ilə üzləşən bucalılar səfərdə qələbə qazanmağı bacarıb. Qonaq komandanın qələbə topunu 38-ci dəqiqədə Aladağ Əmir vurub. Start heyətində yer alan Cəmşid Məhərrəmov 90 dəqiqə mübarizə aparıb. 24 turdan sonra aktivində 28 xal olan "Adanaspor" turnir cədvəlinin 12-ci pilləsində qərar turub.           

 


Digər xəbərlər

Xəbər xətti