David Luiz: "Stemford Bric"dəki qolu Loran Blana həsr etdim"

17:12 15 Mart 2015

David Luiz Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi"nin qapısına vurduğu qolu baş məşqçi Loran Blana həsr etdiyini açıqlayıb.

 

 

Sportarena.az  xəbər verir ki, braziliyalı müdafiəçi Paris klubunun mərhələni adlamasında bütün klub üzvlərinin rolunu qeyd etməyi də unutmayıb.

"Çelsi" ilə oyundan əvvəl Loran Blanı çox tənqid edirdilər. Amma o, bun dözdü, səbrini itirmədi. "Stemford Bric"də qol vurandan sonra məşqçiyə yaxınlaşıb dedim ki, qol ona həsr edirəm. PSG-də ilk günümü xatırlayıram. Blan mənə dedi ki, birlikdə çalışacağımız üçün şaddır. "Çelsi" ilə matçın qəhramanı mən və ya Tiyaqo Silva deyildi. Qəhrəmanlar bütün futbolçular, azarkeşlər, məşqçilər heyəti və klubun personalıdır. Oyunun gedişində tez-tez ehtiyat oyunçulae skamyasına baxırdım. Orada hamı bizə dəstək verir və ruhlandırırdı".

 


Digər xəbərlər

Xəbər xətti