Gözlənilməz qərar - Holland baş məşqçi Bakıdan qovuldu

19:01 16 Mart 2015

“Lokomotiv” baş məşqçisi Teon Buijslə yollarını ayırıb.

 

 

Sportarena.az xəbər verir ki, “dəmiryolçular” 55 yaşlı hollandiyalı mütəxəssisi gözlənilmədən istefaya göndəriblər. Buna komanda rəhbərliyi ilə Buijs arasında yaranan fikir ayrılığı səbəb olub. Hollandiyalı çalışdırıcının 2 illik müqaviləsi olsa da, razılaşmaya vaxtından əvvəl xitam verilib.   Artıq Buijsin əvəzləyicisi də müəyyənləşib. Adətən qeyri-peşəkar addımları ilə seçilən, mövsümün əvvəlində serbiyalı voleybolçu İvana Dersilio ilə səbəbsiz komandadan göndərən “Lokomotiv” bu dəfə də ənənəsinə sadiq qalıb və komandanı statistik-məşqçisi (!) Sezar Ernandesə tapşırıb. İspaniyalının mövsümün sonuna kimi baş məşqçini əvəzləyəcəyi istisna olunmur.   Buijsin rəhbərliyi altında inamlı təsir bağışlayan “Lokomotiv” Super Liqada turnir cədvəlində 3-cüdü və ən yaxın izləyicisi “Azəryol”dan 2 xal geri qalır. Komanda CEV kubokunda isə mübarizəni 1/4 finalda dayandırıb. 


Digər xəbərlər

Xəbər xətti