Erməni boksçumuza məğlubiyyəti həzm etmədi - AİBA cəza kəsəcək

18:26 17 Mart 2015

AIBA erməni boksçu Samvel Barseqyanı azərbaycanlı dəri əlcək ustası Elvin İsayevə məğlub olduqdan sonra etdiyi hoqqabazlığa görə Olimpiya oyunları-2016-dan kənarda qoymağı planlaşdırır.

 

 

Sportarena.az xəbər verir ki, "Stranc" beynəlxalq turnirinin finalında həmyerlimizə məğlub olan Barseqyan təltifetmə mərasimində boynundan asılan gümüş medalı yerə çırpıb.

 

Erməni boksçunun fikrincə, hakimlər ona qarşı ədalətsiz qərar qəbul ediblər və onun qalib gəldiyi döyüşdə İsayevin əlini qaldırıblar.

 

AİBA erməninin bu hərəkətini diqqətdən kənarda qoymayıb. Ermənistan Boks Federasiyasına məktub ünvanlayan ali boks qurumu Barseqyanı Olimpiya oyunlarına buraxmaq niyyətində olmadığı haqda məlumatlandırıb.

 


Digər xəbərlər

Xəbər xətti