"Xəzər Lənkəran" AZAL-a da məğlub oldu

17:56 18 Mart 2015

Bu gün Azərbaycan Premyer Liqasının XXVI turunun görüşlərinə start veriləcək.

 

 

Sportarena.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsinə təsadüf edən son tur paytaxtda başlayacaq.

 

Qış fasiləsindən sonra gənc futbolçulara üstünlük verən “Xəzər Lənkəran” səfərdə meydana çıxacaq. Cənub təmsilçisi AZAL-ın qonağı olacaq. İlk 2 oyunda heç-heçəyə razılaşan komandaların duelində “ağ-yaşıllar” 3 xal qazanmaq arzusundadı. Avrokuboklar uğrunda mübarizə aparan “təyyarəçilər” isə rəqibi evə əli boş yola salmaq niyyətindədi.

 

 

Azərbaycan Premyer Liqası

XXVI tur

18 mart (çərşənbə)

AZAL - “Xəzər Lənkəran” 3:1

Qollar: Kutsenko, 20; Mombonqo, 41, 61; Ələkbərov, 14
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov 
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1
“AZAL Arena”

 


Digər xəbərlər

Xəbər xətti