AFFA 1-ci dvizion klublarına kəsdiyi cəzaları açıqladı

13:49 19 Mart 2015

İntizam Komitəsinin bu gün keçirilən iclasında 1-ci dvizionda mübarizə aparan klublar ilə bağlı aşağıdakı qərarlar qəbul olunub. 

 

Sportarena.az sizə həmin qərarları nəzərinizə çatdırır.

I Divizionun XIX turunun “Neftçala” – “Ağsu” matçında “Ağsu” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun XIX turunun “Şahdağ” – “Kəpəz” matçında “Şahdağ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun XIX turunun “Rəvan” – “Bakılı” matçının 78-ci dəqiqəsində “Bakılı”  klubunun 5 №-li futbolçusu Nahid Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

I divizionun XIX turunun “Turan-Tovuz” – “Şəmkir” matçında “Turan-Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 68-ci dəqiqəsində “Şəmkir”  klubunun 10 №-li futbolçusu Orxan Müzəffərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun həkimi Abdulla Sadıqov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 81).


Xəbər xətti