Arif Əsədov: "Malta ilə oyunda olmasa da..."

18:01 19 Mart 2015

“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov sportarena.az saytına açıqlama verib.

 

Əsədov, Milli komandanın Malta ilə oyununa “Neftçi”dən heç bir futbolçunun çağrılmamasına münsibət bildirib: “Bu gün başqa mövzu yoxdur deyəsən (gülür). Belə deyim... Bu seçim Prosineçkinindir. Mənim nə isə deməyim düzgün olmaz. Malta ilə oyunda olmasa da, inanıram ki, gələcək oyunlarda futbolçularımız milliyə çağrılacaq”.

 

Arif Əsədov “Neftçi”nin zəifləməsi barədə gəzən söhbətlərin yanlış olduğunu deyib:““Neftçi” zəifləməyib. Nəticələrimiz digər komandalara baxanda yaxşıdır. Kubokda da, çempionatda da mübarizə aparırıq. İstərdik ki, kubokda titul qazanıb mövsümü uğurlu bitirək. “Neftçi”nin zəifləməsi barədə fikirlər yanlışdır”.

 

Son zamanlar çıxışında eniş olan Rauf Əliyev barədə baş məşqçi ümidli danışıb: “Rauf çalışqan futbolçudur. Digər futbolçular kimi daima öz üzərində çalışır. Oyunu alınmaya bilər. İndi də olmasa, gələcəkdə öz sözün deyə bilər”.

 

 


Xəbər xətti