Nikolay N`Kleyn: "Qapımızda 11 qol görməli deyildik"

12:04 20 Mart 2015

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində keçirilmiş Azərbaycan – Danimarka oyunundan sonra (11:2) mətbuat konfransında qonaqların baş məşqçisi Nikolay N`Kleyn oyun barədə fikirlərini bölüşüb.

 

Sportarena.az həmin fikirləri diqqətinizə çatdırır:

 

“Bu gün çox güclü komandaya qarşı oynadıq. Amma rəqib nə qədər güclü olsa da, qapımızda 11 qol görməli deyildik. Birinci hissədə yaxşı oynadıq. Lakin son 10 dəqiqədə Azərbaycan yığması üstünlüyə tam yiyələnərək, ardıcıl qollar vurdu. Həm Ukrayna, həm də Azərbaycan millisi güclü komandadır. Bu cür rəqiblərlə qarşılaşmaq bizim üçün yaxşı təcrübə oldu”.

 


Digər xəbərlər

Xəbər xətti